-
- 2-09-2019, 12:39
- 820
Bakıda erməni mahnısı oxuyan rus müğənnidən ŞOK SÖZLƏR: O QƏDƏR İÇDİK Kİ...
Əslən ukraynalı olan rus müğənni Lyubov Uspenskaya verdiyi müsahibədə Azərbaycanın yaralı yeri Qarabağ haqda danışıb. Onun gülərək müharibənin qızğın vaxtında Bakı restoranlarının birində erməni dilində mahnı oxumasını deməsi kəskin reaksiyalara səbəb olub.
News24.az xəbər verir ki, bu barədə tanınmış aparıcı Nərgiz Cəlilova instaqramda məlumat verib. O, həmin kadrları instaqramda paylaşaraq müğənniyə olan etirazını belə ifadə edib: “Dövlətimizin qara siyahıya salacağı insanlardan biri də bu olar, inşallah ! Əziz dostlar, bu videoya bəyənmə işarəsi qoymayın, sadəcə dinləyin! (bəyənməyə layiq deyil ) Əziz həmvətənlərimiz, bəh-bəhlə, sevə -sevə SEVGİLİ VƏTƏNİMİZƏ -AZƏRBAYCANIMIZA dəvət etdiyimiz “bunlara” nə ad qoymaq olar?! Dostu, düşməni tanıyaq artıq!”
Qeyd edək ki, Lyubov Uspenskaya müsahibəsində etiraf edib ki, Qarabağ münaqişəsinin qızğın vaxtlarında Azərbaycanda qonaq olarkən restoronda erməni dilində mahnı ifadə edib: “Qarabağ münaqişəsinin ən qızğın vaxtı idi, Bakıya qastrol səfərində idi. Konsertdən sonra azərbaycanlılar məni Bakının məşhur restoranlarından birinə apardılar. Biz orada o qədər spirtli içki içdik ki, lap sərxoş olduq. Birdən qonaqlar dedilər ki, Lyuba, dur, bir mahnı ifa et. Çox içmişdim, ağlım başımda deyildi, bilmirdim ki, haradayam. Erməni dilində mahnı ifa etməyə başladım. Musiqiçilər mahnını bir neçə dəqiqə müşayiət etsə də, sonra çıxıb getdilər".
Məsələyə müğənni Eldar Qasımov da biganə qalmayıb: “Əsəbimdən partlayıram... Belələrindən daha kimi şəhərimizə dəvət etməliyik ki, gözlərimiz açılsın nəhayət! Hansılar ki bizim qonaqpərvərliyimizdən həzz alır, sərxoşluqdan başlarını itirənə kimi içir, tuluğlarını doldurur, sonrada çıxıb gedib bizi, azərbaycanlıların ən yaralı yerinə toxunaraq lağa qoyub ələ salırlar. Yedizdiririk, içirdirik, isti qarşılayırıq nəticədə isə onlar bizimlə heyvan kimi, tullantı kimi rəftar edirlər. Xahiş edirəm, gəlin özümüzə, bir-birimizə hörmət edək. Başa düşün, biz özümüzə hörmətlə yanaşmasaq, heç kim bizə bunu etməyəcək".