-
- 15-08-2018, 13:38
- 2 192
Türkiyə ilə ABŞ arasında gərginliyə səbəb olan Bransonla bağlı QƏRAR VERİLDİ
Türkiyənin ikinci Ağır Cinayətlər Məhkəməsi amerikalı rahib Endryu Bransonla bağlı qərar verib.
Məhkəmə Bransonun ev həbsinə etirazını qəbul etməyib və aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Türkiyənin İzmir şəhərində ev həbsində saxlanılan rahibin vəkili İsmayıl Cem Halavurt məhkəməyə etiraz ərizəsinə Endryu Bransonun Türkiyəni tərk etməsi maddəsini də əlavə edib.
Qeyd edək ki, rahib Brunson Türkiyədə FETÖ və PKK terror təşkilatlarına dəstək ittihamı ilə həbs olunub. Əvvəlcə həbsxanada olan rahibin cəzası sonradan ev həbsinə dəyişdirilir. Rahibin həbsindən sonra ABŞ Türkiyəyə qarşı iqtisadi müharibə elan edib. Vaşinqton rahibin təcili şəkildə azad edilməsini tələb edir, Türkiyə isə buna qarşı çıxaraq, məsələnin daxili işi olduğunu bildirir. Branson haqqında qərarın dəyişdirilməməsi ABŞ-Türkiyə müharibəsinin daha da qızışacağı ehtimalını gücləndirir.
//Publika