Tərtərdə top mərmisi TAPILDI
    • 2-09-2019, 18:17
    • 638

Tərtərdə top mərmisi TAPILDI

2019-cu il 02 Sentyabr tarixində saat 11:51-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və 11:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Yuxarı Qaradağlı kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan News24.az-a verilən məlumatlara görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi(OF-32)aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Top mərmisinin ətrafında150 kv.məraziyə yerüstü,100 kv.məraziyə isəyeraltıbaxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
ÜmumilikdəAgentlik tərəfindən01 yanvar – 02 sentyabr 2019-cu il tarixlərində 165 siqnal (əməliyyat çağırışı) əsasında140 operativ və təxirəsalınmaz əməliyyat çıxışıolmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Quba, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 10 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş,1 812 ədəd partlamamış hərbi sursat(PHS),28 095 ədəd müxtəlif çaplı patron,11 ədəd piyada əleyhinə mina,21 ədəd tank əleyhinə minavə35 ədəd tank əleyhinə təlim məqsədli minazərərsizləşdirilmiş,133 835 kv.məraziyerüstüvə9 817 kv.məraziyeraltıyoxlanılmışdır.