Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı keçirilib - VİDEO
    • 3-09-2019, 09:32
    • 665

Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı keçirilib - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı keçirilib.

News24.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, toplantıda əsas məqsəd kəskin relyef və iqlim şəraitinə malik olan Naxçıvan ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması olub.
“Ən yaxşı snayper” adı uğrunda keçirilən yarışda snayperlərin müxtəlif üsullarla maskalanması və müşahidə aparmaq bacarıqları yoxlanılıb, müxtəlif məsafələrdə yerləşən hədəflərə atışlar icra edilib.