Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah TƏLİMİ BAŞLADI
    • 9-09-2019, 16:35
    • 970

Naxçıvan Qarnizonu qoşunlarında komanda-qərargah TƏLİMİ BAŞLADI

Naxçıvan Qarnizonu qoşunlarında ərazidə ikitərəfli üçpilləli komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün praktiki fəaliyyətlərə cəlb edilmiş birləşmə və hissələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən keçirilən komanda-qərargah təlimi sentyabrın 14-dək davam edəcək.