Bakıda əri tərəfindən 14 bıçaq zərbəsi alan qadının SON VƏZİYYƏTİ
    • 3-09-2019, 10:25
    • 1 097

Bakıda əri tərəfindən 14 bıçaq zərbəsi alan qadının SON VƏZİYYƏTİ

Gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılan 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşiı Roza Mahmudovanın vəziyyəti barədə məlumat açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

 Xəstələrə lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.