-
- 3-09-2019, 16:27
- 944
Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda TƏDBİR KEÇİRİLDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Səbail rayonunda “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında işəgötürənlərin maarifləndirilməsi məqsədilə növbəti tədbir keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az- a verilən məlumata görə, tədbirdə əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə məlumat verilib. Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydalarından bəhs olunub.
Bildirilib ki, əmək məzuniyyəti işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün nəzərdə tutulub. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.
Tədbirdə həmçinin qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün birgə müzakirələr aparılıb. Bildirilib ki, qeyri-rəsmi məşğulluq əmək qanunvericiliyinin, işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olur.
Hər iki mövzu ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici bukletlər paylanılıb.