Hərbi Prokurorluqda daha bir - TƏYİNAT

Hərbi Prokurorluqda daha bir - TƏYİNAT Maraqlı

Hərbi Prokurorluqda yeni təyinat olub.

News24.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Aydın Abdulla oğlu Ələsgərov Hərbi Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, artıq bir müddətdir Hərbi Prokurorluqda islahatlar davam etdirilir.