Qardaş 53 yaşlı bacısını bıçaqladı Səbəb...
    • 4-09-2019, 01:11
    • 994

Qardaş 53 yaşlı bacısını bıçaqladı Səbəb...

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı qardaşı tərəfindən bıçaqlanıb. 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.