Abşeronda 35 yaşlı qadın özünə xəsarət  yetirdi
    • 30-04-2020, 21:53
    • 817

Abşeronda 35 yaşlı qadın özünə xəsarət yetirdi

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə, rayonun Mehdiabad qəsəbəsi Bağlar məhəlləsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Həsənova Mükafat Ələmdar qızı bıçaqla ehtiyatsız davranması nəticəsində özünə xəsarət yetirib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş diaqnozu qoyulub.