Yaponiyada uçan taksi dövrü BAŞLAYIR

Yaponiyada uçan taksi dövrü BAŞLAYIR Dünya

Yaponiyanın "ANA" şirkəti və ABŞ-ın "Joby Aviation" firması 2027-ci ildən şəhərdaxilində uçan taksilər istifadəyə verəcək.

News24.az xəbər verir ki, beş nəfərlik elektrikli hava taksiləri saatda 320 km sürətlə hərəkət edəcək. Nəticədə sərnişin "Narita"–"Haneda" hava limanları arasındakı 1 saatlıq yol cəmi 15 dəqiqəyə qət edəcək. 

İlk mərhələdə Tokioda  marşrut yolu ilə işləyəcək taksilərin sayı 100-dən çox olacaq. Oktyabrda Osaka Expo sərgisində ictimai uçuş nümayişi keçiriləcək. Səs-küyü az, emissiyası isə sıfır olan bu nəqliyyat vasitələri həm helikopter kimi qalxa, həm də təyyarə kimi uça bilir.

Xeyrənsə Piriyeva