Bakıda keçiriləcək 45-ci beynəlxalq konfrans qeydiyyat başa çatdı
    • 4-09-2019, 10:23
    • 755

Bakıda keçiriləcək 45-ci beynəlxalq konfrans qeydiyyat başa çatdı

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda keçiriləcək 45-ci illik konfransında iştirak etmək üçün qeydiyyat başa çatıb.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, qurum 2019-cu il 22-27 sentyabrda Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) 45-ci illik konfransını təşkil edəcək. Bakıda keçiriləcək builki konfransın mövzusu “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları”dır. DİM-dən News24.az-a tədbirdə təhsilin qiymətləndirilməsi üzrə aparıcı tədqiqatçıların (keynote speakers) mühazirələri ilə yanaşı praktiki məşğələlər (Pre and Post Conference Workshops) də keçiriləcəkdir. Konfransda dünyanın nüfuzlu təhsil müəssiələrindən olan “spikerlər” aşağıdakı mövzular üzrə mühazirələrlə çıxış edəcəklər:

Prof. Piter Tims (Durham Universiteti, Böyük Britaniya) - İlkin qiymətləndirmənin üstünlüyü: ibtidai təhsildə potensialın və inkişafın ölçülməsi;
Dr. Hanan Xalifa (Cambridge Assessment English, Böyük Britaniya) - Qiymətləndirmə islahat təşəbbüsü kimi;

Dr. Cemi Dunli (British Council Assessment, Böyük Britaniya) - Təhsil islahatlarında ümumi standartların səmərəli şəkildə həyata keçirilməsində standartların rolu;
Dr. Amra Seybik El-Reys (Kolumbiya Universiteti, ABŞ) - Azərbaycanın iqtisadi inkişafında təhsilin və qiymətləndirmənin rolu: imkanlar və çətinliklər;
Prof. Neytin Kuncel (Minnesota Universiteti, ABŞ) - Təhsilin qiymətləndirilməsində proqnozlar və proseslər.

Qeyd edək ki, konfransda iştirak etmək üçün 250-dən çox beynəlxalq iştirakçı qeydiyyatdan keçib. Məruzəçilər tərəfindən konfransa 100-dən çox məqalə təqdim edilib və hazırda konfransın elmi komitəsi tərəfindən onlara baxış keçirilir.

Afaq Mirayiq