Ağdərədə dağlıq ərazidə yanğın meşə massivinə yayıldı
Hadisə
Ağdərə rayonu ərazisində 2 gün öncə başlayan yanğınlar hələ də davam edir.
News24.az report-a istinadən xəbər verir ki, rayonun Suqovuşan kəndi ərazində dağlıq ərazidə başlayan yanğın küləyin təsirilə genişlənərək, meşə massivinə yayılıb.
Yanğının söndürülməsinə FHN-in yanğınsöndürənləri, 2 helikopteri cəlb olunub.
Yanğınsöndürmə əməliyyatları davam edir.