İran höküməti azyaşlı qızın ərə veriləməsinə görə hərəkətə keçdi - UŞAĞIN YAŞI ARTIRILIBMIŞ - VİDEO
    • 4-09-2019, 12:01
    • 979

İran höküməti azyaşlı qızın ərə veriləməsinə görə hərəkətə keçdi - UŞAĞIN YAŞI ARTIRILIBMIŞ - VİDEO

Azyaşlı qızın özündən böyük oölana ərə verilməsi dünya mətbuatında geniş səs-küy yaratdıqdan sonra İran rəsmiləri hərəkətə keçib. 

News24.az "Rokna"ya istinadən xəbər verir ki, Boyer-Əhməd bölgəsinin hakimi azyaşlının ailəsini və nikah mərasimi keçirən din xadimi məhkəməyə çağıraraq onlardan məlumat alıb. 

Hakimə uşağın doğum haqda şəhadətnaməsini təqdim edildikdən sonra onların yalan danışdığı bəlli olub. Sənədə görə, azyaşlının 13 deyil, əslində 11 yaşı var. Həmçinin bəlli olub ki, qızcığazın ailə qurduğu oğlanın yaşı 28 dən azdır. Onun 22 yaşında olduğu qeyd edilib. 

Bütün bunları nəzərə alan hakim, nikahı ləğv edib və onlara ailə qurmaq üçün 2 il gözləmələri deyilib. 

Özlərinə haqq qazandıran tərəflər bunun müvəqqəti nikah olduğunu deyiblər. Onlar cütlüyün evlilikdən əvvəl tanış olmalarının, lakin bunu dini qanunlara görə etmək istədiklərini açıqlayıblar.