Qusarda yol qəzasında yaralananların SON DURUMU-YENİLƏNDİ
    • 4-09-2019, 14:37
    • 1 106

Qusarda yol qəzasında yaralananların SON DURUMU-YENİLƏNDİ

Qusarda yol qəzasında yaralananların son durumu  Səhiyyə Nazirliyi Qusarda baş verən yol nəqliyyat hadisəsi barədə məlumat yayıb. 

Qurumdan News24.az-a verilən məlumata görə, hadisə nəticəsində xəstəxanaya 5 nəfər müraciət edib. Onlardan 39 yaşlı Pərvanə Babayevanın bədən xəsarətləri ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb. Digər yaralılar 53 yaşlı Cəbrayılov Zeynulla, 29 yaşlı Elina Sevzixanova, 26 yaşlı Gülmirə Babayeva və 28 yaşlı Mine Qurbanova qapalı kəllə beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda müalicələri davam edir. Afaq MirayiqКонец переписки



***
13.30
Qusar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Atluxanoba kənd sakini, Zeynulla Cəbrayılov idarə etdiyi "Mercedes-190" markalı avtomobillə Xudat-Qusar istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə, sürücü və avtomobildə olan sərnişinləri - Atluxanoba kənd sakinləri, Elina Sevzixanova, Gülmirə Babayeva, Pərvanə Babayeva və Mina Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlərin səyinə baxmayaraq, yaralılardan P.Babayevanın həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralılara lazımi tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır