Şəkidə baş verən yol qəzasında xəsarət alan var
    • 19-02-2019, 17:31
    • 806

Şəkidə baş verən yol qəzasında xəsarət alan var

Şəki rayonunda yol qəzası baş verib.

31 yaşlı Tehran Ramazanovun idarə etdiyi "VAZ-21099" markalı avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

//Report