ABŞ ölkəyə idxal edilən qızıla rüsum tətbiq etməyəcək
Dünya
ABŞ ölkəyə idxal edilən qızıla rüsum tətbiq etməyəcək.
News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində məlumat verib.
O, başqa təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, avqustun 8-də “Financial Times” ABŞ-a ixrac edilən 1 kq qızıl külçələrin yeni rüsum tətbiq edilən mallar kateqoriyasına daxil edildiyini yazıb.