-
- 15-08-2018, 17:34
- 1 210
“Fədayə ilə “Qoca”nı tabor komandirinin tapşırığı ilə görüşdürdüm” - Qarovul rəisi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov, Anar Əsgərovun məhkəməsi keçirilib.
Hakim Azad Məcidovun icraatında olan prosesdə Tural Poladxanov ifadəsini davam etdirərək deyib ki, Astaradan Bakıya qayıdanda Etibarın xahişi ilə onu rəis Ceyhun Səmədovun otağına aparıb: "Orada bələdçinin otağında bir qadın da vardı. Saçları qırmızı idi. Onun Günay Atakişiyeva olub-olmadığını deyə bilmərəm. Çünki buradakı xanıma oxşamırdı. Sonra mən yatdım, səhər saat 05-də oyandım. Etibarla Əli kupedəydi. Əsgərləri posta çıxartdım, Fuad da dəhlizdə idi, "provodnik" yerə düşüb dedi ki, pəncərə açıqdı. Biz kupeyə baxdıq və gördük ki pəncərə açıqdır, otaqda isə heç kim yoxdur. Tez gedib rəisə məruzə etdik. Biz hər reysdən sonra çatışmazlıqlar barədə bələdiyyə rəisi Hikmət Sadıqov və xidmət rəisi Rafik Məmmədova məruzə edirdik. Amma qadınların vaqona minməsi barədə heç nə deməmişdik. Bu hadisədən əvvəl 3 nəfər cavan dustaq qaçmağı planlaşdırmışdı, biz onları tutmuşduq".
G.Atakişiyeva həmin zaman saçının qırmızı rəng olduğunu təsdiqləyib.
Təqsirləndirilən Fuad Hacıyev isə bildirib ki, dustaqların bəziləri Etibar Məmmədovla mübahisə etdiyi üçün Əli Ağami ilə "Qoca" bələdçi otağında saxlanılıblar: "Səhər oyananda isə onların qaçdığını bildik".
Qarovul rəisi Ceyhun Səmədov ifadəsində deyib ki, Fədayə Laçını "Qoca" ilə tabor komandiri Bəhruz Abdullayevin tapşırığı ilə görüşdürüb: "Fədayə Laçın vaqonun yanına gəlib görüşmək istədiyini dedi, mən "yox" dedim. Sonra kiminləsə telefonda danışıb mənə uzatdı. Rəisimiz Bəhruz Abdullayev mənə dedi ki, "Fədayə xanıma şərait yarat, Etibarla görüşsün". Mən də onun üstünü yoxlayıb içəri buraxdım. Sonra Etibar Əli Ağamini də yanlarına gətirməyimi istədi, onu da apardıq. Fədayə xanımın şəkilləri necə çəkdiyindən xəbərim olmayıb. Yəqin üstünü yaxşı yoxlamamışam. Günay Atakişiyeva Lənkəranda qatara minəndə üstünü və çantasını yoxlamışdım, orada açar yox idi. Heç ağlıma da gəlməzdi ki, Ağami ilə Etibar qaçar".
Qeyd edək ki, E. Məmmədov qaçdıqdan sonra onun saxlanılması üçün keçirilən əməliyyat zamanı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib, Ə.Ağami isə Şirvan şəhərində saxlanılıb. Digər şəxslər isə onlara kömək etməkdə, Penitensiar Xidmətin vəzifəli şəxsləri isə rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
İş üzrə 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.
//Qafqazinfo