"Qarabağ" "Şkendiya"nı məğlub edərək görün nə qədər - PUL QAZANDI
İdman
Xəbər verdiyimiz kimi, "Qarabağ" ötən axşam "Şkendiya"nı üstələyərək UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.
News24.az xəbər verir ki, bu qalibiyyət Ağdam klubuna 4,29 milyon avro (təqribən 8,5 milyon manat) qazandırıb.
III təsnifat mərhələsində "Ludoqorets”i (Bolqarıstan) mübarizədən kənarlaşdıran “Ferentsvaroş” (Macarıstan) (0:0, 3:0) Liqa mərhələsinə gedən yolda Ağdam təmsilçisinin rəqibi olub.