-
- 4-09-2019, 18:23
- 896
Azərbaycanda məktəbəqədər təhsillə bağlı yeni tələb müəyyənləşib
Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin tədris vəsaitləri 6 yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmununa uyğun olacaq.
News24.az-ın məlumatına görə, bununla bağlı “Məktəbəqədər təhsil haqqında” qanuna dəyişiklik təklif edilir.
Qanuna yeni 17.3-cü bənd əlavə edilir. Yeni bəndə əsasən, məktəbəqədər təhsil müəssisələrində uşaqların təlimi üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatı 6 yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatına uyğun olmalıdır.
“Məktəbəqədər təhsil haqqında” qanuna dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin sentyabrın 17-də keçiriləcək iclasında müzakirə ediləcək. //APA