Xırdalanda üçotaqlı ev yandı
    • 5-09-2019, 01:59
    • 678

Xırdalanda üçotaqlı ev yandı

Xırdalanda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az -a verilən məlumata görə, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 120 kvm olan birmərtəbəli üçotaqlı evdə yanğın baş verib.

Sözügedən evin mətbəxində iki ədəd məişət texnikası və bir  mətbəx mebeli yanıb. 

Evin qalan hissəsi mühafizə olunub və yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.