Ukraynada iki Azərbaycan vətəndaşı saxlanılıb -FOTO
    • 5-09-2019, 02:49
    • 768

Ukraynada iki Azərbaycan vətəndaşı saxlanılıb -FOTO

Ukraynanın Odessa şəhərində dələduzluqda şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycandan olan şəxslər silah tətbiq etməklə dələduzluq hərəkətlərində şübhəli qismində axtarışda olublar.

Polis hazırda onların əməllərindən zərər çəkən şəxslərin axtarışı ilə məşğuldur.
/Report/