Moskvada qadını qaçırmaqda şübhəli bilinən azərbaycanlılar saxlanılıblar
    • 22-11-2018, 14:01
    • 644

Moskvada qadını qaçırmaqda şübhəli bilinən azərbaycanlılar saxlanılıblar

Moskvada ruhi xəstə olan bir qadını qaçırmaqda şübhəli bilinən iki nəfər Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.

2015-ci ilin yayında 1952-ci il təvəllüdlü bir qadın ona məxsus daşınmaz əmlakı ələ keçirmək məqsədi ilə naməlum şəxslər tərəfindən qaçırılmışdı. Bundan üç ay sonra qadın vəfat etmişdi. Saxlanılanlar mərhumun adından bütün əmlakının onlardan birinin adına keçirilməsi barədə saxta vərəsəliyi notarusa təqdim etmişdilər. 
Rusiya hüquq mühafizə orqanları tərəfindən adam qaçırmaq, dələduzluq, cinayətə təşəbbüs maddələrilə cinayət işi başlanılıb.

//Report