Daşkəsəndə internet problemi yaşanır

Daşkəsəndə internet problemi yaşanır Sosial

Daşkəsən şəhərində və bəzi kəndlərdə internet xəttində problem yaranıb.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 3 saatdır ki, mərkəzdə, Xoşbulaq və Bayan kəndlərində internet şəbəkəsində problem yaşanır.

İlkin məlumata görə, buna səbəb Bayan kəndində qəza zamanı avtomobilin internet xəttini zədələməsidir.

Hazırda intenetin bərpası istiqamətində iş aparılır.