Gömrükçülər 6225 ədəd papiros AŞKARLADI - FOTO
    • 21-10-2019, 11:50
    • 502

Gömrükçülər 6225 ədəd papiros AŞKARLADI - FOTO

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-210740" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komotəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin döşəməsində və ön sağ-sol qanadlarının altında gömrük nəzarətindən gizlədilən 6225 ədəd "Belomorkanal" markalı papiros aşkarlanıb.