Sui-qəsdə məruz qalan İcra başçısı haqqında SON MƏLUMAT
    • 4-07-2018, 18:07
    • 1 385

Sui-qəsdə məruz qalan İcra başçısı haqqında SON MƏLUMAT

Ötən gün sui-qəsdə məruz qalan Gəncənin icra başçısı Elmar Vəliyevin hazırda vəziyyəti yaxşıdır.

Bu barədə YAP-çı millət vəkili Aydın Mirzəzadə məlumat verib. O, Elmar Vəliyevin qardaşı ilə telefon əlaqəsi saxladığını, icra başçısının vəziyyətilə maraqlandığını deyib."Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd gözlənilməz və təəssüfedicidir. Hadisənin necə baş verməsi barədə hərtərəfli tədqiqlər aparılacaq və məlumat veriləcək. Elmar Vəliyev Azərbaycanın fədakar və çalışqan regional rəhbərlərindəndir. O və onun mühafizəçisi sağdır, müalicələri davam edir. Bu gün onun qardaşına zəng etdim və vəziyyətinin yaxşı olduğunu və heç bir problemin olmadığını bildirdi”.

Qeyd edək ki, dünən saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında Yunis Səfərov tərəfindən odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

//azvision.az