"Hər gün güzgüdə görürəm ki..." - İlqar Muradov İLK DƏFƏ AÇIQLADI -  VİDEO
    • 5-09-2019, 18:30
    • 1 973

"Hər gün güzgüdə görürəm ki..." - İlqar Muradov İLK DƏFƏ AÇIQLADI - VİDEO

“İnsanın bir əlində şükür, digərində isə səbr olmalıdır”.

Bu sözləri News24.az-a açıqlamasında xalq artisti İlqar Muradov deyib: “O vəziyyət heç kimə qismət olmasın, amma ola bilər ki, əsəblərimizə nə isə təsir etsin. Düşünürəm ki, insanın bir əlində şükür, digərində isə səbr olmalıdır. Gərək insan bu balansla yaşasın və heç vaxt əsəbləşməsin”.

Sosial şəbəkələrdən istifadəyə etməyən və bunun üçün vaxtının olmadığını bildirən əməkdar artist, telekanallardan gələn təkliflər arasında da seçim etdiyini bildirib: “Hələ yaydır. İnşallah sentyabr ayından efirə çıxacağam. Ümumiyyətlə isə nəinki veriliş, hətta telekanallar arasında da seçim edirəm. Çünki başqa cür alınmır”.

İ.Muradov kompleksli biri olmadığını da etiraf edib: “Düşünürəm ki, kompleks azadlığı əldən alır. Simpatik və fotogenik olmağımı hər gün güzgüdə görürəm. Ona görə də heç bir kompleksim yoxdur”.