Xaçmazda yük maşını YANDI
    • 5-09-2019, 18:09
    • 629

Xaçmazda yük maşını YANDI

Xaçmazda "ZİL" markalı yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, avtomobilin kabina hissəsi, mühərrik hissəsində elektrik avadanlıqları və 2 ədəd təkəri yanıb.

Avtomobilin qalan hissəsi yanğından hissəsi mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.