Bu ölkədə cümə namazına getməyənlərə həbs cəzası veriləcək

Bu ölkədə cümə namazına getməyənlərə həbs cəzası veriləcək Dünya

Malayziyanın Terenqqanu ştatında yeni qaydalar qüvvəyə minib. Qanuna əsasən, cümə namazına əsaslı səbəb olmadan getməyən kişilər iki ilədək həbs və ya 3 min rinqqit ( təxminən 10 min 700 manat) məbləğində cərimə oluna biləcəklər.

News24.az xəbər verir ki, əvvəllər üç dəfə ardıcıl namaza getməyənlərə maksimum 6 ay həbs və ya 1 min rinqqit (təxminən 3 min 570 manat) cərimə tətbiq edilirdi. Yeni qaydalar məscidlərin girişində elan ediləcək və nəzarət olunacaq.

Qərar insan haqları təşkilatlarının sərt reaksiyasına səbəb olub. Onlar bu qanunun din azadlığını məhdudlaşdırdığını bildirərək, hökuməti onu ləğv etməyə çağırıblar.