ABŞ-də katolik məktəbində atışma baş verdi

ABŞ-də katolik məktəbində atışma baş verdi Dünya

ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərindəki “Annunciation”  katolik məktəbində atışma baş verib.

News24.az xəbər verir ki, bu barədə “NBC News”məlumat yayıb.

Minneapolis meri Ceykob Frey bildirib ki, hadisə yerinə təcili yardım qrupu göndərilib.

Hücum nəticəsində 20 nəfər yaralanıb.

Minneapolis Polis Departamenti isə bildirib ki, katolik məktəbindəki insident zamanı 3 nəfər ölüb. 

Atışmada şübhəli bilinən şəxsin intihar etdiyi bildirilir.

Hadisəyə ABŞ Prezidenti Donald Tramp da reaksiya verib. 

Tramp Ağ Evin bu dəhşətli hadisəni izləməyə davam edəcəyini bəyan edib.