Millimiz bu gün qarışıq komanda yarışında - mübarizə aparacaq

Millimiz bu gün qarışıq komanda yarışında - mübarizə aparacaq İdman

Bu gün yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatının qarışıq komanda yarışında mübarizə aparacaq. 

News24.az xəbər verir ki, yığma 1/8 finalda Gürcüstan seçməsi ilə üz-üzə gələcək. 

Qeyd edək ki, Azərbaycan cüdoçuları daha əvvəl fərdi yarışı iki bürünc medalla başa vurublar. Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) bürünc mükafat əldə ediblər.