Türkiyənin məşhur verilişindəki sual qalmaqal yaratdı - İzləyicilər üsyan etdi

Türkiyənin məşhur verilişindəki sual qalmaqal yaratdı - İzləyicilər üsyan etdi Dünya

ATV-də yayımlanan və Oktay Kaynarcanın təqdim etdiyi “Kim milyonçu olmaq istəyir?” verilişində maraqlı anlar yaşanıb.

News24.az xəbər verir ki, 200 min TL dəyərindəki suala iştirakçıya belə bir sual ünvanlanıb:

“Norveçin paytaxtı Oslodan sonra ikinci ən böyük şəhərinin adı nədir?”

Cavab variantları isə gözlənilməz olub: “Güllü”, “Kibariye”, “Bergen” və “Dilberay”. İştirakçı düzgün cavabı – “Bergen” seçərək 200 min TL qazanıb və növbəti mərhələyə keçib.

Sosial mediada bu sual geniş müzakirələrə səbəb olub. Bir çox izləyicilər 200 min TL-lik sualın bu qədər sadə olmasına təəccübləniblər. Şərhlərdə isə belə reaksiyalar yer alıb:

“Pulsuz pul verirlər?”

“Yox, Kibariye... Bunlar hansı sual variantlarıdır?”

“200 minlik suala baxın...”

“Burada xüsusi üstünlük varmı?”

Bəzi izləyicilər hətta yarışmada iştirakçılardan bəzilərinə xüsusi üstünlük verildiyini iddia ediblər.