Azərbaycanlı namizəd Latviya Seyminə keçiriləcək seçkilərdə iştirak edəcək
    • 16-08-2018, 11:30
    • 821

Azərbaycanlı namizəd Latviya Seyminə keçiriləcək seçkilərdə iştirak edəcək

Əslən Gürcüstanın Borçalı mahalından olan Asif İbrahimov Latviya Seyminə (parlament) keçiriləcək növbəti seçkilərdə iştirak edəcək.

1989-cu il təvəllüdlü A.İbrahimovun deputatlığa namizədliyi qeydə alınıb.

1996-cı ildən Latviyada yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan A.İbrahimovun namizədliyini ölkənin populyar Sosial Demokrat Partiyası (SDP) irəli sürüb. SDP sonuncu parlament seçkilərində qalib gəlib. 

Qeyd edək ki, bu ilin oktyabrın 6-da Seymə növbəti seçkilər keçirəcək Latviya parlament üsul-idarəli respublikadır.

//Report