Məhəmməd porno aktrisa olan qızını öldürmək istədi, HƏBS OLUNDU - FOTO
    • 9-09-2019, 09:52
    • 2 270

Məhəmməd porno aktrisa olan qızını öldürmək istədi, HƏBS OLUNDU - FOTO

Qızını öldürmək istəyən ata həbs olunub. 

News24.az "The Daily Mail"-ə istinadən xəbər verir ki, əslən Əfqanıstandan olan və Böyük Britaniyada yaşayan 54 yaşlı Məhəmməd Patman və onun dostu Dərya Xan Səfi uzun müddət Patmanın qızının sürüdüyü həyatı müşahidə ediblər. 

M.Patmanın qızı 2017-ci ildə iudaizm dini qəbul edib və yaşamaq üçün Avstriyaya köçüb. Burada o, erotik fotosessiyalar və porno filmlərdə çəkilib. 

Övladını öldürmək istəyən ata haqda Böyük Britaniya polisinə Slovakiya polisi tərəfindən məlumat verilib. Plana əsasən dostlar qızın işlədiyi məkana gəlib, orada onu öldürmək istəyiblər. 

Hazırda həm Məhəmməd Patman həm də Dərya Xan Səfi həbs olunub. Onların öz ölkələrinə ekstradisiya olunacağı bildirilir.