-
- 9-09-2019, 10:27
- 744
“Regionumuzda hər üç hamilə qadından biri qanazlığından əziyyət çəkir" - Edvard Karvardi
Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminar bu gün öz işinə başlayıb.
News24.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə, UNİCEF və Qida Məhsullarının Zənginləşdirilməsi Təşəbbüsü (FFI) tərəfindən birgə təşkil olunan beş günlük tədbir həyata keçirilir. Bu tədbirin dəstklənməsində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) mühüm rol oynayıb.
UNİCEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin seminarın əlverişli vaxta təsadüf etdiyini qeyd edib: “Regionumuzda hər üç hamilə qadından biri qanazlığından əziyyət çəkir ki, bu da həm ananın, həm də körpənin sağlamlığına birbaşa təsir göstərir. Anemiya uşaqların İQ qabiliyyətini aşağı sayır. , - deyə o qeyd edib. “Unun dəmir və digər mikronutriyentlərlə zənginləşdirilməsi qanazlığının rastgəlmə səviyyəsinin azaldılmasında özünü xərc baxımından ən səmərəli üsul kimi doğruldub”.
Təqribi hesablamalara görə, dəmir çatışmazlığı Avropa və Mərkəzi Asiya regionunda beş yaşadək uşaqların 40 faizə qədərinin sağlamlığına və rifahına mənfi təsir göstərir.