Azərbaycanda unun zənginləşdirilməsilə bağlı QANUN QƏBUL EDİLƏCƏK
    • 9-09-2019, 11:25
    • 624

Azərbaycanda unun zənginləşdirilməsilə bağlı QANUN QƏBUL EDİLƏCƏK

"Anemiya və digər mikro elementlərin çatışmazlığı artıq dünyanın bir çox ölkələrinin problemidir".

News24.az xəbər verir ki, bunu Avropa və Mərkəzi Asiyada miktonutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə regional seminarda çıxışı zamanı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Millət vəkili qeyd edib ki, bu məsələnin qanunvericilik və ya hökumətin qərarları vasitəsilə həllini qarşılarına məqsəd qoyan ölkələr artıq müəyyən uğurlar əldə ediblər:

"Azərbaycanda da bu sahədə lazımi işlər görülür. Anemiya və buna bənzər xəstəliklərin aradan qaldırılması üçün əhaliyə təsir edə biləcək qanunvericiliyin qəbul edilməsi zəruridir. Düşünürəm ki, Milli Məclis hökumət və UNİCEF-lə birgə Azərbaycanda unun zənginləşdirilməsilə bağlı qanun qəbul edəcək.
Milli Məclisin payız sessiyasında Səhiyyə Komitəsində bu məsələ ilə bağlı dinləmə edəcəyik. Yaxın bir il ərzində Azərbaycanda belə bir qanun qəbul ediləcək".

Afaq Mirayiq