-
- 9-09-2019, 11:12
- 694
Dünyada 159 milyon uşaq QAN AZLIĞINDAN ƏZİYYƏT ÇƏKİR
"Hazırda dünyada 159 milyon uşaq qanazlığından əziyyət çəkir".
News24.az xəbər verir ki, bunu UNİCEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin unun effektiv zənginləşdirilməsi üçün potensialın artırılması üzrə keçirilən regional seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa və Mərkəzi Asiyada hər üç hamilə qadından biri qanazlığından əziyyət çəkir ki, bu da həm ananın, həm də körpənin sağlamlığına birbaşa təsir göstərir: "Uşaqların çəkisinin həddindən artıq olması gələcəkdə sağlam həyat tərzi üçün ciddi təhlükələr yaradır. Bu yalnız uşağın fiziki quruluşuna deyil, həm də onların idrakının inkişafına da təsir edir. Beləliklə onların növbəti mərhələlərində məhsuldarlıqlarına, həyat uzunluğuna təsir edir. Bu həm də ölkələrə milyard dollarla ziyan vuran məsələdir. Avropa və Mərkəzi Asiya regionunda bu məsələlərlə gündəlik olaraq üzləşirik".
Edvard Karvardin qeyd edib ki, təqribi hesablamalara görə, dəmir çatışmazlığı Avropa və Mərkəzi Asiya regionunda beş yaşadək uşaqların 40 faizə qədərinin sağlamlığına və rifahına mənfi təsir göstərir: "Anemiya uşaqların İQ qabiliyyətini də azaldır. Bu da hər adambaşına 2 dollar məhsuldarlığın itirilməsi deməkdir. Həmçinin adambaşına təhsil xərclərinə 14 dollara başa gəlir. Biz bu məsələni həll etməliyik. Unun dəmir və digər mikronutriyentlərlə zənginləşdirilməsi qanazlığının rastgəlmə səviyyəsinin azaldılmasında özünü xərc baxımından ən səmərəli üsul kimi doğruldub".
Afaq Mirayiq