Bu il birinci sinfə gedənlərin sayı - açıqlandı
Sosial
2025-2026-cı tədris ilində 130 mindən çox şagird 1-ci sinifdə təhsil alacaq.
News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirilən brifinqdə deyib.
Nazirin sözlərinə görə, 2025–2026-cı tədris ilində ümumilikdə 1,6 milyon şagirdin təhsil alacağı gözlənilir. Onlardan 552 mini ibtidai, 796 mini ümumi orta, 246 mini isə tam orta təhsil səviyyəsində olacaq.
Emin Əmrullayev bildirib ki, yalnız 2025–2026-cı tədris ilində 130 mindən çox şagird I sinfə qəbul ediləcək.
Aqil Qarayev