Naxçıvan Qarnizonu Qoşunlarında TƏLİM BAŞLADI - VİDEO
    • 13-04-2020, 17:33
    • 752

Naxçıvan Qarnizonu Qoşunlarında TƏLİM BAŞLADI - VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə komanda-qərargah təlimi başlayıb.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə və hissələrin bölmələri cəmləşmə və döyüş təyinatı rayonlarına, atəş və start mövqelərinə çıxarılaraq ərazidə maskalanma, mühafizə və mühəndis təminatı üzrə tədbirləri yerinə yetirir.

Düşmənin kəşfiyyat-diversiya, hava hücumu, raket və artilleriya zərbələrinə qarşı şəxsi heyətin  fəaliyyətləri  məşq etdirilir.

İdarəetmənin təşkili üçün ərazidə dayaq və mobil radioqovşaqlar açılıb.