-
- 9-09-2019, 17:25
- 1 770
“Hərbiyyə - 2019”-un dördüncü günü BAŞA ÇATDI - FOTO - VİDEO
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, “ASAN Xidmət” və "ASAN Könüllüləri" təşkilatının birgə layihəsi olan “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsində əsl əsgər həyatı yaşanır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, günün nizam qaydalarına uyğun olaraq düşərgə sakinləri sübh tezdən yuxudan oyanır, idman edir, səhər yeməyi süfrəsində ən ləziz təamlardan dadır, sıra baxışı olur, günün proqramı elan edilir və komandalar günün qalibi olmaq əzmi ilə təlim və yarış meydanlarına tələsirlər. “Hərbiyyə - 2019”-un dördüncü günü də gənc vətənpərvərlərin yaddaşından uzun müddət silinməyəcək.
Düşərgə sakinləri qarşısında çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani onların fəallığını, nizam-intizamını, gündən-günə hərbi biliklərə daha böyük maraq göstərdiklərini, yarışlarda yüksək nəticələr əldə etdiklərini və hər şeydən öncə bu gün Azərbaycan gəncliyinin qarşısında Qarabağ problemi kimi böyük bir problemin olduğunu dərindən dərk etdiklərini və bu istiqamətdə fəallıq göstərdiklərini qeyd edib.
Taktiki təlim və nəzəri hərbi biliklərin öyrənilməsinə məsul zabit Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov Heydər Əliyev ideyalarına, Vətənə, dövlətə, xalqa sadiq gənclərin yetişdirilməsi sayəsində uğurları yüksək qiymətləndirib. Polkovnik-leytenant Ceyhun Bağırov isə belə bir möhtəşəm hərbi vətənpərvərlik düşərgəsinin məhz onların hərbi hissələrində təşkilinin şəxsi heyətdə vətənpərvərlik hissinin, mənəvi-psixoloji hazırlığın, döyüş ruhunun daha da yüksəldiyinə dəlalət etdiyini bildirib.
İlk məşğələ başlamazdan öncə polkovnik-leytenant Aydın Şıxəliyev orduda mühəndis-istehkam xidmətinin zəruriliyi və müharibələrdə, qələbənin əldə olunmasında bu sahənin də vacibliyini vurğulayaraq deyib: “Bütün qoşunların hərəkətinin maneəsiz təmin olunması, irəliləməsi, maneələrin dəf edilməsi, ələ keçirilmiş mövqelərin möhkəmləndirilməsi, strateji əhəmiyyətli ərazi və obyektlərin minalardan və digər döyüş sursatlarından təmizlənməsi və yaxud dağıntıların hazırlanması, ərazilərin minalanması, bilavasitə mühəndis-istehkam bölmələrinin üzərinə düşən məsuliyyətli vəzifələrdir. Müharibələr tarixinə nəzər salsaq görərik ki, Azərbaycan oğulları digər sahələrdə olduğu kimi bu sahədə də bir çox uğurlara imza atıblar. 1941-1945-ci illərin Böyük Vətən müharibəsində ilk istehkamçı, Sovet İttifaqı Qəhrəmanı adına məhz azərbaycanlı briqada komandiri Aslan Vəzirov layiq görülmüşdür. Neçə-neçə azərbaycanlı istehkamçı Qarabağ uğrunda gedən döyüşlərdə qarşılarına düşən vəzifələri layiqincə yerinə yetirmiş, Azərbaycanın Milli Qəhrəmanı fəxri adını almışlar. Bu gün istehkamçı hərbi qulluqçularımızdan şəhid Asif Məhərrəmov, Rafiq Alıcanov, Kərim Kərimov, Elşad Əhədov və başqalarının adları ehtiramla çəkilir. Aprel döyüşləri zamanı Lələtəpə zirvəsinin fəth edilməsində mühəndis-istehkamçıların müstəsna xidmətlərini qeyd edən polkovnik-leytenant A.Şıxəliyev fəxrlə bildirib ki, bu gün də mühəndis-istehkamçılar üzərilərinə düşən tapşırıqları uğurla yerinə yetirirlər”.
Yağışlı, yağmurlu hava şəraitində gənc vətənpərvərlər mühəndis silahlandırma vasitələri ilə ümumi tanışlıq üçün sıra meydanına toplaşaraq, burada peşəkar hərbçilərin mövzu ilə bağlı çıxışlarını dinləyib, minaəleyhinə keçidaçma sistemləri, tank və piyada əleyhinə minaların xüsusiyyətləri, partlayış üsulları, minaatan qurğular və istehkamçıların geyimləri, mühəndis alətləri, partlamayan əngəllər, mövqelərdə istifadə olunan metal səbətlər, təlim görmüş istehkamçı itlər barədə məlumat verilib.
Gənc vətənpərvərlər hərbi qulluqçular Sərxan Məmmədov, Emil Əmiraslanlı, Kənan Rzayev, Aqil Cumayev və başqalarının çıxış məruzələrini maraqla dinləyiblər. Sonra düşərgə iştirakçıları təlim sahəsinə yollanaraq orada praktiki olaraq icra olunan partlayışları aparan əsgərlərə qoşulub və bu işi birlikdə icra ediblər.
Od üsulu və elektrik üsulu ilə, tək-tək və bir neçə atımın partladılması, MTU-90 körpüquranı ilə maneələr üzərindən körpülərin qurulması praktiki olaraq nümayiş olunub.
Gənc vətənpərvərlər Cəbrayıl, Xocalı, Xocavənd, Qubadlı və Ağdərə komandalarının bayraqları altında rəmzi olaraq Şuşaya doğru irəliləyiblər.
Silahlanmada olan yeni nəsil rabitə vasitələrinin nümayişi də gənc vətənpərvərlərin marağına səbəb olub. Bu barədə polkovnik-leytenant Elman Şirəliyev məlumat verib. Nəzərə çatdırılıb ki, orduda rabitə - qoşunların fasiləsiz, davamlı, gizli və dayanıqlı idarə olunmasıdır. Bu gün Azərbaycan Ordusunda digər sahələrlə yanaşı rabitə işinin daha da təkmilləşdirilməsi, ən müasir vasitələrlə təmin olunması, dünya ordularının rabitə sistemi təcrübəsindən bəhrələnmə rəhbərlik tərəfindən daim diqqətdə saxlanılır. Silahlanmada olan yeni nəsil rabitə vasitələrimiz düşmənin taktiki fəaliyyətini daim nəzarətdə saxlayır, bununla da onların mənfur niyyətlərini öncədən anlayaraq müvafiq tədbirlər görür.
Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan rabitəçiləri istənilən döyüş əməliyyatlarında ümidləri doğrultmağa hazır və qadirdirlər. Gənc vətənpərvərlərə əldə və kürəkdə gəzdirilən qısa və ultraqısa dalğalı, görüntülü rabitə vasitələri nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Nahardan sonra əl altındakı vasitələr ilə (balta, bıçaq) hədəflərə xətər yetirilməsi və zərərsizləşdirilməsi tapşırıqları əvvəlcə döyüşçülər, sonra isə gənc vətənpərvərlər tərəfindən icra olunub.
Tək əsgərin taktiki nəzarət zolağının keçilməsi üzrə nümunəvi məşğələ gənc vətənpərvərlərin Azərbaycan əsgərinə güvənini, inamını daha da artırıb. Onlar çətin və maneələrlə əhatə olunan taktiki nəzarət zolağını qət edərək irəliləyiblər.
Düşmən atəşləri altında döyüşçülərimizin mövqeyə yaxınlaşması və həmin mövqeləri ələ keçirməsi gənc vətənpərvərlər tərəfindən alqışlarla qarşılanıb. Taborun kiçik taktiki təlim meydanında əsl qələbə sevinci yaşanıb. Mərmilərin gurultusu, minaların partlayışı nəinki gənc vətənpərvərləri qorxutmayıb, hətta onların nümayəndələri də atəş altında mövqeyə doğru can atıblar.
Aprel döyüşlərinin iştirakçısı polkovnik-leytenant Allahverdi Cəbrayılov başda olmaqla tibb xidməti zabitləri və əsgərlər döyüş meydanında yaralılara ilk tibbi yardım göstərilməsi və yaralının döyüş meydanından təxliyə edilməsi mövzusunda nəzəri tövsiyyələr verib, praktiki göstərişlər təqdim ediblər. Gənc vətənpərvərlər birlikdə bu işi icra ediblər.
Xocavənd rayon Tuğ kəndi uşaq musiqi məktəbi və Salakətin kənd orta məktəbinin şagirdlərinin iştirakı ilə gənc vətənpərvərlər və hərbi hissənin şəxsi heyəti üçün bədii proqram təşkil olunub.
Konsertdən sonra hər iki məktəbə Abdulla Qurbaninin “Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” və “Sənə güvənirik, Vətən əsgəri!” kitab-albomları hədiyyə edilib.
Tədbirdə hərbi birliyin komandanlığı və Xocavənd rayon İcra Hakimiyyətinin rəhbərliyi də iştirak edib.