-
- 31-08-2019, 12:41
- 843
“Hərbiyyə” düşərgəsi BAŞA ÇATDI
“Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin bağlanış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a bildiriblər ki, əvvəlcə mərasimdə 30 avqust – Türkiyə Respublikasının Zəfər bayramı qeyd olunub. Bu münasibətlə düşərgə iştirakçıları tərəfindən müxtəlif vətənpərvərlik mahnıları səsləndirilib.
Tədbir iştirakçıların müxtəlif kateqoriyalar üzrə mükafatlandırılması ilə davam etdirilib.
Sonra xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, “Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsi “ASAN xidmət”, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, “ASAN Könüllüləri” Təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti və “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşib.