“Hərbiyyə 101” hərbi-vətənpərvərlik düşərgəsinə START VERİLİR
    • 3-09-2019, 14:29
    • 971

“Hərbiyyə 101” hərbi-vətənpərvərlik düşərgəsinə START VERİLİR

Könüllülərin çoxsaylı müraciətlərini nəzərə alaraq Bakının azad olunmasının 101 illiyinə həsr edilmiş “Hərbiyyə 101” hərbi-vətənpərvərlik düşərgəsinə start verilir.

ASAN xidmətdən News24.az-a verilən məlumata görə, bu dəfə 5-10 sentyabr tarixində Beyləqan hərbi birliyində baş tutacaq düşərgə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Açılış günü 5 sentyabr tarixində (saat dəqiqləşdiriləcək) Bakıdan xüusui ayrılmış avtobuslarla çıxılacaq. Həmin gün açılış mərasimi gerçəkləşəcək. Gecə qalmaq üçün şərait təmin olunacaq. Sabahısı gün isə Bakıya qayıdılacaq.