Baş nazir qərar verdi - BU ŞƏXSLƏRİN MAAŞLARI ARTIR
    • 10-09-2019, 09:15
    • 1 465

Baş nazir qərar verdi - BU ŞƏXSLƏRİN MAAŞLARI ARTIR

Baş nazir Novruz Məmmədov Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə qərar imzalayıb.

News24.az 
xəbər verir ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının pul təminatının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və mülki işçilərinin aylıq əməkhaqlarının təsdiq edilməsi haqqında” 2008-ci il 6 sentyabr tarixli 204-23 nömrəli və “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” 2018-ci il 9 aprel tarixli 139-5 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə" qərarına əsasən, XDMX-nin hərbi qulluqçularının aylıq vəzifə maaşları və hərbi rütbəyə görə maaşları artırılır.

Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.