-
- 10-09-2019, 10:25
- 979
Müəllimlərin dərs yükü normaları artırılıb
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərara dəyişiklik edib.
News24.az xəbər verir ki, dəyişikliyə əsasən bu qərarla müəyyənləşən dərs yükü normaları artıq dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərə də şamil ediləcək.
Həmçinin bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin dərs yükü normaları artırılıb. Başqa sözlə, qüvvədə olan qərara əsasən, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 3 stavkanı aşmamalıdır) olmalıdır. Dəyişikliyə əsasən, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 3 stavkanı aşmamalıdır) olacaq.
Bu qərar 2019-cu il sentyabrın 15-dən qüvvəyə minir.