-
- 11-09-2019, 11:04
- 996
Diaqnostik imtahandan keçən müəllimlərin maaşlarının məbləği müəyyənləşdirilib - CƏDVƏL
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşlarının və vəzifə maaşlarına edilən əlavələrin məbləğləri müəyyənləşdirilib.
News24.az xəbər verir ki, bununla bağlı “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarında dəyişiklik edilib.
Qərara əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:
Qeyd edək ki, bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Sıra №-si | Təhsili | Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla) | ||||
pedaqoji staj 3 ilə qədər olduqda | pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda | pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda | pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda | pedaqoji staj 18 ildən çox olduqda | ||
1. | Ali təhsilli | 460 | 495 | 520 | 555 | 595 |
2. | Orta ixtisas təhsilli | 420 | 445 | 460 | 490 | 510 |