-
- 10-09-2019, 11:13
- 883
Yeni işçi götürən sahibkarlara SUBSİDİYA VERİLƏCƏK
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) sosial tərəfdaşları olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə Beynəlxalq Əmək Təşkilatının “Gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində 12 aylıq subsidiya proqramına başlayır.
ASK-dan News24.az-a verilən məlumata görə, proqram iş təcrübəsi olmayan gənclərin məşğulluğunun artırılması, onların əmək bazarında layiqli yer tutmaları, işaxataranlar və işəgötürənlərin təşviq edilməsi məqsədi daşıyır.
Layihə Bakı şəhərinin 12 rayonunu əhatə edəcək. Layihəyə əsasən işəgötürənlər və BƏT arasında subsidiya müqaviləsi bağlanılır. Bunun əsasında işə götürülən hər bir gəncin 12 ay ərzində əmək haqqının 50 faizi (vergilər və sosial sığorta haqları daxil olmaqla) işə götürənlərə subsidiya şəklində veriləcək.
Proqramın sonunda hər rayon üzrə 4 nəfər olmaqla cəmi 48 nəfər işsiz və iş axtaran vətəndaş rəsmi əmək fəaliyyətinə cəlb ediləcək.
Layihəyə işəgötürənlər olaraq iqtisadiyyatın qeyri-neft sektoru sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri müraciət edə bilər.
Qeyd edək ki, hər il Azərbaycanda 100-150 min gənc əmək bazarına daxil olur. Bunu nəzərə alaraq, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi sahəsində aparılan məqsədyönlü siyasətin davamı kimi bu proqram iş təcrübəsi olmayan gənclərə yeni bir imkan yaradılır. Həmçinin sahibkarlar bu proqram vasitəsilə işçiyə olan ehtiyacın qarşılanmasında əlavə maliyyə mənbəyi dəstəyi almış olacaq.