Ağstafada əl qumbarası TAPILDI
    • 10-09-2019, 11:50
    • 632

Ağstafada əl qumbarası TAPILDI

2019-cu il 09 Sentyabr tarixində saat 17:13-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan News24.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə göl kənarınabaxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində1 ədəd F-1 əl qumbarasıaşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Əl qumbarasının ətrafında600 kv.məraziyəyerüstübaxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 09 sentyabr 2019-cu il tarixlərində 168 siqnal (əməliyyat çağırışı) əsasında143 operativ və təxirəsalınmaz əməliyyat çıxışıolmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Quba, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 10 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilmiş,1 844 ədəd partlamamış hərbi sursat(PHS),28 095 ədəd müxtəlif çaplı patron,11 ədəd piyada əleyhinə mina,21 ədəd tank əleyhinə minavə35 ədəd tank əleyhinə təlim məqsədli minazərərsizləşdirilmiş,134 750 kv.məraziyerüstüvə9 817 kv.mərazi yeraltı yoxlanılmışdır.