-
- 9-12-2019, 13:54
- 1 187
Ağstafada tank əleyhinə MİNA TAPILDI
Ağstafa rayonunda 1 ədəd təlim məqsədli tank əleyhinə mina tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) News24.az-a verilən məlumata görə, dekabr 9-da saat 09:22-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Ağstafa rayonu, Ağgöl kəndi ərazisində minanın tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan ərazidə otlaq sahəsinə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd təlim məqsədli tank əleyhinə mina (TM-57) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Tank əleyhinə minanın ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.