Çörək yedikləri yerdə iki nəfəri ildırım vurdu -Neftçalada
    • 10-09-2019, 20:56
    • 1 435

Çörək yedikləri yerdə iki nəfəri ildırım vurdu -Neftçalada

Neftçalada iki nəfəri ildırım vurub.

News24.az xəbər verir ki, hadisə rayonun Tatarməhlə kənd ərazisində qeydə alınıb.

Belə ki, ərazidə yerləşən təsərrüfat sahəsində çalışan Şamaxı sakini, 1991-ci il təvəllüdlü Qarayev Vaqif Azər oğlu və 1990-ci il təvəllüdlü Abdullayev Təvəkkül Tural oğlu açıq havada çörək yedikləri zaman onları ildırım vurub.

Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılan xəstələrdən birinin vəziyyəti stabil olduğundan ambulator müalicəyə buraxılıb.

Vaqif Qarayev isə reanimasiya şöbəsinə yerləşdirilib.