AzTV-nin əməkdaşları qəzaya düşdü
    • 10-09-2019, 22:43
    • 975

AzTV-nin əməkdaşları qəzaya düşdü

Bakının Səbail rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha iki xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralanan şəxslər Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları olub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.